Ötən gecə Bakıdakı "selin" səbəblərini rəsmilər açıqladı

Ötən gecə Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində Ukrayna dairəsindən Nargilə istiqamətində küçəyə mənbəyi məlum olmayan sular axıdılıb.

Sakinlərin verdiyi məlumata görə, həmin ərazidən keçən kanalizasiya xətlərinin birinin partlaması nəticəsində çirkab sular yola axıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələ aydınlıq gətirib. O, bildirib ki, küçəyə axıdılan çirkab sular olmayıb:

"Bir neçə gündür həmin ərazidə qışa hazırlıq işləri gedir. İstilik sistemlərinin hazırlıq vəziyyəti yoxlanılır. Küçəyə axan sular da istilik sistemlərindən çıxan sulardır".

Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə bildirib ki, Əhmədli qəsəbəsində, əsasən də Aşıq Ələsgər küçəsində "Azəristilik" tərəfindən köhnə borular yenilənir.//Trend.az

Şəkinin bu kəndi asfalt yola həsrətdir - Problem həllini nə vaxt tapacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR