Doğuş Xoşqədəm Hidayətqızını əvvəl ağlatdı, sonra belə sevindirdi - VİDEO

Doğuş Xoşqədəm Hidayətqızını əvvəl ağlatdı, sonra belə sevindirdi - VİDEO
14:27 13 Yanvar 2015
681 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün aparıcı Xoşqədəm Hidayətqızı üçün özəl gündür.

Milli.Az atvxeber.az-a istinadən xəbər verir ki, "Gün üzü" verilişinə qonaq gələn aparıcı doğum gününü qeyd edib. Həmkarı İlqar Mikayıloğlu Xoşqədəm xanıma qızılgül dəstəsi hədiyyə edib. Ancaq İlqar Mikayıloğlu qızılgül dəstəsini Xoşqədəm xanımın həyat yoldaşı Doğuşun yolladığını söyləyib. Xoşqədəm Hidayətqızı canlı yayımdan Doğuşa səslənib:

"İlqar, mən səni çox istəyirəm, özün bilirsən. İstərdim ki, Doğuş buraya gəlsin və bu özəl gündə "karı-koca" sənin verilişində olaq. Ancaq Doğuş verilişlərə çıxmağı sevmir. Buna görə bəzi həmkarlarım məndən inciyirlər. Mən ağlayıb, evdən çıxmışam. O gəlməyəcək, bilirəm".
  
Bu sözlərdən sonra İ. Mikayıloğlu Doğuşa telefon zəngi edir. Ancaq Doğuş artıq yolda olduğunu bildirir. Verilişin sonuna kimi gözü yolda qalan aparıcını Doğuş çox sevindirib. Verilişdən olan maraqlı anları sizə təqdim edirik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR