Parisdə Sülh forumunun açılışı olub

Parisdə I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş sülh forumu bazar günü öz işinə başlayıb.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, forum Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə müasir dünyada gərginliyin artmasına cavab olaraq keçirilir.

Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri Zəfər Tağı qarşısında keçirilən təntənəli mərasim və Yelisey sarayındakı nahardan sonra foruma gəliblər.

Tədbiri giriş nitqi ilə Makron açıb. O, çıxışı zamanı bu kimi tədbirlərin vacib olduğunu deyib və onun keçirilməsinə öz töhfəsini verən şəxslərə minətdarlığını bildirib.

Açılış mərasimində Almaniya kansleri Angela Merkel və BMT-nin baş katibi Antoniu Quterreş də çıxış edib.

Forumun işi noyabrın 13-dək davam edəcək.

Xatırladaq ki, dünən Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Parisdə, Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdə 85 ölkənin dövlət və hökumət başçıları, o cümlədən ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ölkəmizi ilk Paris Sülh Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR