Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra məhkəmə B. Babayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirini həbs-qətimkan tədbiri ilə dəyişib.

O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, B. Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevin etibarından sui-istifadə edərək onların ümumilikdə 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Milli.Az