Futbol üzrə Qambiya yığması Afrika Millətlər Liqasının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, "Keşlə"nin futbolçusu Ebrima Sohnanın formasını geyindiyi sözügedən komanda 5-ci tur çərçivəsində doğma meydanda "Qabon"la qarşılaşıb.
D qrupunda yer alan komandaların duelində sevinən Qambiya yığması olub - 3:1.
Sohna da bu görüşün iştirakçısı olub. "Keşlə"nin futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Qambiya yığması ilk qələbəsini qazansa da, hazırda yenə qrup sonuncusudu. Komandanın hesabında 5 xal var.
Milli.Az