Dünyada insan sayının çoxalması yolların və yaşayış massivlərinin böyüməsinə, daha geniş əraziləri əhatə etməsinə səbəb olur. Bununla təbiətdə yaşayan canlılar təhlükə ilə üz-üzə qalırlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bəzi ölkələr yaşayış massivlərini və yolları heyvanlara uyğun olaraq tikirlər və bu sayədə vəhşi təbiətə mümkün qədər az zərər verirlər.

Dünyada hər il nəqliyyat səbəbindən nə qədər heyvanın öldüyü dəqiq məlum deyil. Təkcə ABŞ-da ildə bir milyon heyvanın nəqliyyat vasitələrinin altında qalaraq öldüyü təxmin edilir.

Bəzi ölkələr vəhşi yaşamın - heyvanların təhlükəsizliyi üçün çarələr tapıblar. Heyvanlar üçün ilk körpü 1950-ci illərdə Fransada tikilib. Daha sonra bu həssas addım başqa ölkələr tərəfindən də davam etdirilib.

Bu gün dünyanın bir çox ölkəsində meşələr və dağlar arasındakı yollarda heyvanların keçməsi üçün körpülər var.

Kristmas adasında xərçəng körpüsü

Yaponiyada tısbağa tuneli

Almaniyada vəhşi yaşam körpüsü

Kanadada heyvanlar üçün körpü

Viktoriyada quşlar üçün ip körpü

Almaniyada ekoloji keçid

Belçikada vəhşi yaşam keçidi

Kanadada ayılar üçün alt keçid

Kanadada vəhşi həyat üst keçidi

Keniyada fillər üçün alt keçid

Koloradoda ekoloji keçid

Montanoda bir cüyür körpüsü

Avstraliyada xərçəng körpüsü

Sinqapurda ekoloji keçid

Belçikada ekoloji keçid

Nyu-Cersidə bir keçid

Kanadada Banff Milli Parkında ekoloji keçid

Milli.Az