Xalxalda ÖLÜM - Ovçu təsadüfən özünü "ovladı"

Xalxalda ÖLÜM - Ovçu təsadüfən özünü "ovladı"
17:57 21 Noyabr 2018
72 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Ərdəbil vilayətinin Xalxal rayonunda ovçu öz tüfənginin gülləsinə tuş gələrək ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə kəklik ovu zamanı baş verib.

Xalxal qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əhməd Qənbəri deyib ki, 43 yaşlı ovçu 4 yoldaşı ilə birlikdə ova gedib.Ov zamanı qəfildən hündürlükdən dərəyə yıxılıb:

"Yıxılarkən öz tüfəngindən atəş açılıb. Yoldaşları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/705898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR