Yaşasaydı, bu gün 67 yaşı olacaqdı...
2012-ci ilin bu günü dünyasını dəyişən xalq artisti Yaşar Nurinin anım günüdür.

Milli.Az xəbər verir ki, mərhum sənətkarın ömür-gün yoldaşı Rəhimə Nuriyeva həyat yoldaşının efirdən fərqli olaraq evdə çox ciddi insan olduğunu bildirib:
"O, evə gələndə tamamiylə başqa adam olurdu. Onun qoyduğu əşyanı 5 sm də götürüb, başqa yerə qoya bilməzdik. Bir hay-küy qopardı gəl görəsən. O, yatdı işıq sönməli, telefon çıxarılmalı idi. Heç kim səs çıxartmamalıdır. Onun ölüm gününü dilimə də gətirə bilmirəm. O, mənim qəlbimdə yaşayır. O qədər inanıram ki, o, sağdır".
Məhəmməd Vaqif
Milli.Az