Eldəniz Məmmədov qonağı olduğu "5/5"də Azərbaycan şou-biznesinin ən yaxşı maşın idarə edən xanımlarının adını açıqlayıb.

Milli.Az xəbər verir ki, müğənni onlardan Zemfira İbrahimova, Gülay Zeynallının adını xüsusu ilə qeyd edib.

Şou-biznesimizin qadın "bərk gedənləri" - Bir də sənin maşınına minmərəm - FOTO

Eldəniz xanım müğənnilərdən Xatirənin çox da bərk maşın sürmədiyini bildirib:

"Bir dəfə bir tədbirə tələsirdik. Xatirə də maşınımda idi. Necə sürdümsə, Xatirə dedi bir də sənin maşınına minməyəcəm".

Şou-biznesimizin qadın "bərk gedənləri" - Bir də sənin maşınına minmərəm - FOTO

Sözügedən proqramda qonaq olan Zemfira İbrahimova isə xanım müğənnilərdən Mətanət Əsədovanın çox yaxşı avtomobil idarə etdiyini deyib:

"Mətanət Əsədova çox gözəl maşın idarə edir".

Qeyd edək ki, Mətanət Əsədova hazırda avtomobilsizdir.

Məhəmməd Vaqif
Milli.Az