“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, startap tərəfindən hazırlanmış kiçikölçülü yarımdairəvi qurğu “micro USB” və ya “Bluetooth” vasitəsilə virtual reallıq eynəyinə qoşulur. “Vaqso” adlı bu qurğu istifadəçinin burnuna yaxın yerləşməlidir.
Qurğuya qoxulardan ibarət kartriclər yerləşdirilir. Qurğu virtual reallıq oyununda baş verənlərdən asılı olaraq müvafiq ətirlər saçır.
“Vaqso”nun kataloqunda okean, barıt, meşə, torpaq, qəhvə, karamel, şokolad, karri, qızardılmış toyuq, nanə, benzin, gül, həmçinin zombi və qadın qoxuları mövcuddur.
Startap 3000 dollara müştərinin sifarişi üzrə istənilən başqa qoxunu hazırlamağa hazırdır.
Sözügedən qurğu “Oculus”, “Vive” və “Play Station” virtual reallıq qarniturları ilə uyğundur. “Vasqo” qurğusunun avtonom işləmə müddəti 2 saat təşkil edir.
Cihazın qiyməti 999 dollardır. Tədarük dəstinə 5 kartric və onları doldurmaq üçün maye daxildir.
Emil Hüseynov