Bu gün Topaz Premyer Liqada 12-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən bildirir ki, ilk oyun günündə iki görüş keçiriləcək. "Keşlə" öz meydanında "Qəbələ"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün digər oyunu isə Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Burada "Qarabağ" debütant "Sabah"ı sınağa çəkəcək.

Qeyd edək ki, turun digər iki görüşü sabaha nəzərdə tutulub.

24 noyabr (şənbə)

16:30. "Keşlə" - "Qəbələ" - 1:2
Qollar: C. Adeniyi, 17 (0:1), V. Stankoviç, 20 (0:2), A.Yunanov, 38 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
"ASK Arena"

***

19:00. "Qarabağ" - "Sabah"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov
Tofiq Bəhramov adına Respublika Stadionu.

Milli.Az