Xalq artistinin qızı: "Mənim bədbəxtçiliyimdə atamın rolu oldu"

Xalq artistinin qızı: "Mənim bədbəxtçiliyimdə atamın rolu oldu"
16:47 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış xalq artistinin qızı "Düzünü desək" verilişində qonaq olub
Milli.Az gecce.az xəbər verir ki, öz simasını və kimliyini gizlədən qız taleyindən danışıb.
 
"Mən 1982-ci ildə anadan olmuşam. Atam tanınmış xalq artistidir. İndiyədək bu haqda  danışmamışam. Simamı buna görə gizlədirəm. Atamın pis olmasını istəmirəm.

Çox gənc yaşlarımda ailə qurmuşam. Ailələrimiz dost olub.18 yaşımda ərə getdim. Ərimin ailəsi məni çox istəyirdi. Keçmiş həyat yoldaşımın o vaxt 20 yaşı var idi. 5 il birlikdə yaşadıq. Zəhmətkeş, ailə və övladsevən biri deyildi. Buna görə mübahisələrimiz yaranırdı. Bir neçə dəfə ata evinə qayıtmışam. Atamın pis olduğunu görüb, yenidən ər evinə qayıdırdım. Sonda qərar verdik, ayrıldıq. İndi uşaqlarına baxmır. Bizimlə maraqlanmır.

Hamı bilir ki, övlad sahibi olmaq, onu böyütmək çox çətindir. Buna görə atamı çox günahlandırıram. Atam dostuna söz verdiyi üçün, məni qurban verdi. Mənim bədbəxtçiliyimdə atamın rolu oldu. İndi çox əziyyət çəkir. Artıq olan olub və keçib. Gənc xanımlara məsləhət görürəm, ailə qurduqunuzda diqqətlə fikirləşin".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR