Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol
Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə
görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Paşinyan “Qarabağı
satmayacağıq” deyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi
David Şahnazaryanın iddiasına cavab olaraq bildirib.
“David Şahnazaryan bizim Qarabağı vermək üçün hakimiyyətə
gəldiyimizi deyir. Mən faktlara əsaslanaraq danışıram. Biz
münaqişəni həll edə bilmədiyimizi açıq şəkildə bildiririk və hər
hansı təklif olacaqsa, bunu xalqa bildirəcəyik, xalqın razılığı ilə
hərəkət edəcəyik. Serj Sarkisyanın rəhbərliyi ilə Qarabağı vermək
siyasəti aparan Respublika Partiyası bizi Qarabağı satmaqda ittiham
edir”, - deyə Paşinyan qeyd edib.
Asif