"Fənərbaxça"da vəzifəsinə son verilən Filip Kokunun ailəsini İstanbula apardığı və sözləşməsi ləvğ olunmadığı üçün Türkiyədən gedə bilmədiyi məlum olub.
Milli.Az komanda.az-a istinadən bildirir ki, İstanbul klubunun rəhbərliyi "Ankaragücü" ilə oyundan əvvəl hollandiyalı mütəxəssisin meneceri Rob Yansenlə görüşmüş və baş məşqçi ilə davam etmək qərarı aldığını bildirmişdi. Bu oyundan sonra vəzifəsindən istefaya göndərilən Koku, rəsmi şəkildə hələ də "bülbüllər"in baş məşqçisidir.
"Fənərbaxça" mütəxəssisin meneceri ilə görüşmək istəsə də, Yansen Kokunun vəzifəsindən o cür göndərildiyi üçün danışıqlar aparmır:
"Əvvəl "davam edirik" dediz, sonra "göndərdik, gəlin görüşək" deyirsiz. Gəlməyimə ehtiyac yoxdur. Müqavilə şərtləri ortadadır. Lazım olanı edin".
Türkiyə klubu 3 illik müqavilə imzaladığı mütəxəssisə 2,5 milyon avro təzminat ödəməlidir.
Milli.Az