Azərbaycanda noyabrın 7-dən etibarən dörd günlük tətil başlayacaq.

Metbuat.az xəbər verir ki, qeyri-iş günləri noyabrın 7, 8, 9 və 10-nu əhatə edəcək.

8 noyabr - Zəfər Günü bazar gününə, 9 noyabr - Dövlət Bayrağı Günü isə bazar ertəsinə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar noyabrın 10-u da qeyri-iş günü olacaq.

Beləliklə, noyabrın 7-dən 10-dək ardıcıl dörd gün iş olmayacaq. Növbəti iş günü noyabrın 11-dir.