Göyçay rayonunda yola qəfil çıxan iribuynuzlu inək qəzaya səbəb olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Qarabaqqal kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia Forte" markalı minik avtomobili yolun hərəkət hissəsinə çıxan inəyə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Nəticədə isə heyvan tələf olub və avtomobilə isə ciddi ziyan dəyib. Baş vermiş hadisənin təfərrüatları barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.