Şirlər gülə bilirmi? Cavab mənfidir. Amma Keniyadakı Masay Mara Milli Qoruğundakı bu iki şir, deyəsən, gülürlər.

Milli.Az bildirir ki, yırtıcıların qeyri-adi rakursdakı fotolarını britaniyalı turist, 49 yaşlı Rouz Fleminq safari zamanı çəkib.

"Onlar elə təsir bağışlayırdılar ki, sanki hansısa zarafata ürəkdən gülürdülər", - Fleminq deyib.

Milli.Az