Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun rəmzi komandası məlum olub.
Milli.Az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi komandada Bakıda "Qarabağ"ı 6:1 hesabı ilə məğlub edən "Sportinq"in iki futbolçusu - yarımmüdafiəçi Bruno Fernandeş və hücumçu Abdulay Diabi də yer alıb:
Qapıçı: Tomaş Koubek ("Renn");
Müdafiəçilər: Mitçel Veyser ("Bayer"), Zaxar Volkov (BATE), Jül Kounde ("Bordo"), Andreas Ulmer ("Zalsburq");
Yarımmüdafiəçilər: Emil Smit Rou ("Arsenal"), Hakan Çalhanoğlu ("Milan"), Bruno Fernandeş ("Sportinq"), Cermeyn Lens ("Beşiktaş");
Hücumçular: Abdulay Diabi ("Sportinq"), Kallum Hadson-Odoi ("Çelsi").
Milli.Az