"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq irqçiliyə məruz qalıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "topçular"ın İngiltərə Premyer Liqasının 14-cü turunda evdə "Tottenhem"i 4:2 hesabı ilə məğlub etdiyi oyunda rəqib komandanın azarkeşi qabonlu futbolçuya banan qabığı atılıb.
29 yaşlı hücumçu komandasının ilk qolunu vurduqan sonra qol sevinci zamanı irqçiliklə üzləşib.
Qeyd edək ki, London polisi matçdan sonra irqçilik edən "Tottenhem"li azarkeşi həbs edib.
Milli.Az