İrəvan Bakıdan niyə qorxur?

İrəvan Bakıdan niyə qorxur?
18:16 13 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Niqilist” portalı Ermənistanın Gümrü şəhərində rus əsgər tərəfindən 6 nəfər mülki vətəndaşın güllələnməsini Azərbaycan - Ermənistan müharibəsi prizmasından şərh edib.

ANS PRESS-in məlumatına görə, portal Gümrüdə rus hərbçiləri tərəfindən yerli sakinlərin əvvəllər də öldürüldüyündən yazır: “İki il qabaq hərbi bazanın poliqonunda iki uşaq həlak oldu. 1999-cu ildə iki sərxoş əsgər AK-74 markalı avtomatla şəhərə çıxaraq qarşılarına çıxanlara atəş açdılar - iki nəfər öldü, on dörd nəfər yaralandı. Rus hərbçiləri günahkarları ermənilərə vermədilər və Rusiyaya apardılar”.

Portalın yazdığına görə, buna baxmayaraq, Ermənistanda Rusiya qoşunlarının mövcudluğunun əleyhinə çıxan yoxdur: “Rusiya qoşunlarının Ermənistanda mövcudluğuna ilk növbədə bu ölkəni Azərbaycanda müdafiə etmək üçün haqq qazandırırlar. Bu yaxınlara kimi bu ölkə ilə Dağlıq Qarabağ uğrunda uzun və qanlı müharibə gedib. Dağlıq Qarabağda qeyri-rəsmi olaraq Ermənistan hərbçiləri yerləşdirilir. Orada daima döyüşlər gedir və insanlar ölür”.

Məqalə müəllifinin fikrincə, yerli siyasətçilər hərbi müdaxilə təhlükəsindən istifadə edərək əhalini millətçilik ideyaları ətrafında birləşdirməyə çalışır və istənilən sosial etiraz ideyasını yerində boğurlar: “Yoxsulluq və iqtisadi iflas şəraitində qalan əhali isə ölkəni tərk edərək çörək pulu üçün Rusiyaya gedir”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR