Bir vaxtların məşhur "İşləyən qız" ("Working girl") filminin ulduzu aktrisa Melani Qriffit açıqlaması ilə gündəm olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 61 yaşlı aktrisa 1988-ci ildə çəkildiyi həmin ekran işində tərəf müqabili, 60 yaşlı aktyor Alek Boldvini yatağa salmaq üçün əlindən gələni edib.
Melani 30 ildən sonra Alek haqda bunları deyib:
"Filmdə katibə rolunu oynayırdım. Alek də yaraşıqlı biri idi. Çox çalışdım onunla yatağa girim, amma o dedi ki, həmkarları ilə belə münasibətə girmir".
Qeyd edək ki, ilk evliliyini aktyor Don Consonla edən Qriffit daha sonra Antonio Banderasla uzun illər evli olub və boşanıb. Alek isə Kim Bessincer ilə evlənib boşandıqdan sonra 2012-ci ildən bu yana Hilaria Boldvinlə ailəlidir.
Milli.Az