“Report” Nazirliyə istinadən xəbər verir ki, vətəndaşların qəbulu 11:00-dan etibarən başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar, Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi ilə əlaqə saxlaya bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və "Facebook" səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.