Gəncədə yüksək sürət yol qəzasına səbəb olub

Gəncədə yüksək sürət yol qəzasına səbəb olub
21:05 9 Dekabr 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 28 May küçəsində yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil qarşıdan gələn "Opel" markalı maşını vuraraq yoldan çıxarıb.

Nəticədə "Opel" yol kənarındakı ağaca çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Nəticədə xəsarət alan olmasa da, "Opel"ə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/711094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR