"Fənərbağça" Türkiyə Super Liqasının 15-ci turunda "Akhisarspor"a 0:3 hesabıyla məğlub olub.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, səfər matçından əliboş qayıdan "bülbüllər", tarixində ilk dəfə olaraq, autsayderlər qrupuna düşüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

15 turdan sonra 14 xalla 16-cı pillədə yer alan "Fənərbağça", Super Liqada cari mövsümdə cəmi 3 dəfə qələbə qazana bilib.

Milli.Az