Xələf Xələfov: "Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir"

Xələf Xələfov: "Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir"
12:22 12 Dekabr 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı: "Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub. Bu məsələ də artıq ona həvalə olunub. Düşünürəm ki, yeni ildən başlayaraq, biz işçi qruplar səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir. Çünki delimitasiya tezliklə başa çatmalıdır".

X.Xələfov vurğulayıb ki, komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər: "Bu dövr ərzində sərhəd xəttinin üçdə iki hissəsi demək olar ki, komissiyalar səviyyəsində protokollaşdırılıb. Üçdə bir hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR