DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır - VİDEO
15:37 12 Dekabr 2018
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:

"Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

"Vodeogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında "Əbədi məşəl" abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/711988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR