Fərdi kompüter alanlar niyə azalır?

Fərdi kompüter alanlar niyə azalır?
20:57 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Hərçənd ötən ilin dördüncü rübündə qlobal kompüter bazarında mənfi dinamika qeydə alınıb, amma nəticə analitiklərin gözləntilərindən iki dəfə daha yaxşı olub. Ucuz noutbuklar buna imkan yaradıb.
 
International Data Corporation (IDC) tədqiqat şirkəti tərəfindən tərtib edilən Worldwide Quarterly PC Tracker müntəzəm hesabatına əsasən, 2014-cü ilin oktyabr-dekabrında istehsalçılar dünyada 80,8 milyon fərdi kompüter (FK) satıblar ki, bu da ötən illə müqayisədə 2,4 faiz azdır. Ekspertlər 4,8 faiz səviyyəsində eniş proqnozlaşdırıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq üçüncü il ardıcıl FK-nın tədarükü azalır. 2014-cü ildə kompüterlərin tədarük həcmi illik hesablama üzrə 2,1 faiz azalaraq 308,6 milyon təşkil edib.
 
Analitiklər bildirib ki, ABŞ və Avropada kompüterlərə tələbat başqa bazarlarla müqayisədə daha yüksəkdir, ancaq bu iki inkişaf etmiş regionda artım tempinin ləngiməsi müşahidə olunur. Asiya-Sakit okean regionu (Yaponiya istisnadır) əvvəlki kimi bəzi dövlət layihələri və istehlakçı tələbatının yaxşılaşması sayəsində möhkəmlənir.
 
Ən böyük FK istehsalçıları reytinqində HP-nin sıçrayışına diqqət yetirmək lazımdır. 2014-cü ilin dördüncü rübündə tədarükünü 15 faiz artırmış bu şirkət bazar payının 16.7-dən 19.7 faizədək artımına nail olub. Nəticədə HP lider – Lenovo şirkətinə çox yaxınlaşıb, sonuncu ötən rüb kompüter buraxılışını 4.9 faiz, bazar payını isə 19.9 faizədək artırıb.
 
13.5 faiz göstəriciyə malik Dell şirkəti sözügedən siyahıda üçüncü pilləni tutur. Acer (7.7 faiz) və Apple (7.1 faiz) şirkətləri müvafiq olaraq dördüncü və beşinci pillələri tutublar.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR