"Qəbələ” ölkə kubokunda "Sabah”ı məğlub etdi

"Qəbələ” ölkə kubokunda "Sabah”ı məğlub etdi
16:47 16 Dekabr 2018
45 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sabah"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qol 45-ci dəqiqəyə təsadüf edib. "Sabah"ın heyətində Filip İvanoviç avtoqol müəllifi olub. Bu komandalar arasındakı cavab oyunu dekabrın 20-də baş tutacaq.

Günün digər oyununda "Qarabağ" "Keşlə" ilə qarşılaşacaq. Dünən keçirilmiş matçlarda "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Zirə" isə evdə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR