Zəhmət kəndində dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var

Zəhmət kəndində dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var
21:27 17 Dekabr 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda yol qəzası baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Bayram Yaşar oğlu İsmayılov və 1978-ci il təvəllüdlü Cabir Rasim oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/713328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR