Baki metrosundaki dehsetle bagli - ACIQLAMA

Baki metrosundaki dehsetle bagli - ACIQLAMA
22:12 13 Yanvar 2015
251 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gun axsam saatlarinda Baki Metropoliteninin "Neftciler" stansiyasinda bas vermis hadise ile bagli resmi aciqlama verildi.
 
Milli.Az anspress-e istinaden qeyd edir ki, "Baki Metropoliteni" QSC-nin metbuat xidmetinin rehberi Nesimi Pasayevin sozlerine gore, kutlevi informasiya vasitelerinde yayilmis xeber tamamile yalandir.
 
N.Pasayevin sozlerine gore, qatarin altina dusduyu iddia edilen sexs hec de 8-9 yaslarinda deyil. O, 1985-ci il tevelludlu Eliyeva Sevincdir.
 
"Hadise bu gun 17:32-de "Neftciler" stansiyasinda bas verib. Bele ki, "Hezi Aslanov"dan "Iceriseher" stansiyasina dogru hereket eden 5 sayli qatar "Neftciler" stansiyasinda platformada dayanib. Qatar platformada dayanibsa, insan onun altina nece duse biler? Axi orada yer yoxdur. Hadise eslinde bele bas verib. Qatar hereket etdikden sonra Eliyeva Sevinc muvazinetini itirirerek qatarin arxa hissesinde relslerin ustune dusub. O hec de qatarin altinda qalmayib. O, relslerin uzerine dusen kimi gerginlik dayandirilib ve Sevinc Eliyeva oradan xilas edilib, o, muayine olunub, sag-salamatdir", deye Nesimi Pasayev bildirdi.
 
Qeyd edek ki, KIV-de 8-9 yaslarinda bir oglan usaginin metro qatarinin altinda qalmasi barede xeber yayilmisdi. Bildirilirdi ki, namelum sebeblerden iliserek, sonuncu vaqonun arxasina dusen usaq qatarin herekete kecmesi neticesinde bir nece metr surutlenib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR