Nazir: "Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb"

Nazir: "Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb"
13:22 19 Dekabr 2018
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Son 10 il ərzində Azərbaycanda minimal əməkhaqqı 5,2 dəfə artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hesabat dövründə ölkədə 2 milyondan çox iş yeri açılıb: "Bunlardan 1,6 milyonu daimi iş yeridir, nominal əməkhaqqı isə 6,6 dəfə artıb".

Nazir onu da xatırladıb ki, səmərəli məşğulluğun təmin olunması üçün 2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası təsdiq olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/713930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR