Türkiyənin ABŞ-dan “Patriot” alması... - Kreml ŞƏRH ETDİ

Türkiyənin ABŞ-dan “Patriot” alması... - Kreml ŞƏRH ETDİ
13:58 19 Dekabr 2018
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Türkiyəyə S-400 zenit-raket sistemləri çatdırması ilə Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemlərinin mümknü satışı arasında bağlılıq yoxdur.

Publika.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bunlar bir-birilə bağlı proseslər deyil. İndiki halda bizim türk həmkarlarımızla əldə etdiyimiz müqavilə reallaşdırma mərhələsindədir”, - Peskov deyib.

Qeyd edək ki, ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemi satmağa razılıq verib. ABŞ Xarici İşlər Nazirliyi 3,5 milyard dollar dəyərində havadan və raket müdafiə sisteminin Türkiyəyə satılmasını təsdiq edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nəzdindəki Müdafiə-Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yazılı açıqlama yayıb.

Açıqlamada 80 “MIM-104E” Patriot raketi, 60 yüksək qabiliyyətli “Patriot-3” (PAC-3) və təlimli komandanın Türkiyəyə göndərilməsinin qərara alındığı yazılıb. Sözügedən müdafiə sisteminə 4 ədəd “AN/MQP-65” radar dəsti, 4 ədəd kilidlənmə nəzarət sistemi, 20 ədəd “M903” raketatar stansiyası və s. daxildir.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/263626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR