"Samir iş bilmir" - Niyam

"Samir iş bilmir" - Niyam
15:47 19 Dekabr 2018
45 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami bir vaxtlar iş ortağı olan həmkarı Samir Piriyevdən danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Zaurla Günaydın" verilişində biznesin alınmamasında Samiri günahlandırıb:

"Samir yaxşı oğlandır. Amma heç kimin xətrinə dəyməsin. İş görmək istəyirsənsə, bacarığa bax. İş başqa şeydir, yaxşı oğlan başqa... Gərək biləsən ki, bu işi görənin ondan başı çıxır, ya yox. Samir restoran işini bilmirdi. Ona görə də yarımçıq qaldı. 

Pərdə arxasında o qədər söhbətlər var ki... Onları efirə gətirmək lazım deyil".

Qeyd edək ki, Samirlə Niyam Bodrumda restoran açıb, amma bir müddət sonra məkan bağlanıb. İfaçılar işin yolunda getməməsində bir-birini günahlandırıb.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/713942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR