Bakı. Tural Turan - Trend:

Almaniya bundesliqasının 17-ci turunda “Borussiya” Dortmund “Borussiya” Münhenqladbaxı qəbul edib. Trend-in məlumatına görə, oyun Dortmund komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda qolları Dortmundun heyətində Sanço və Marko Roys, Münhenqladbaxda isə Kramer vurub.

Qeyd edək ki, turnir cədvəlində “Borussiya” Dortmund birinci yerdədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin