"Report" xəbər verir ki, respondentlərin 32%-i Rusiyani, 29%-i Braziliyanı, 25%-i isə Çini əlverişsiz investisiya məkanı kimi qiymətləndirir. Qeyd edək ki, 2014-cü ilin noyabr ayında Rusiya bazarı haqqında pessimist düşünənlərin payı 58% olub. Dindirilənlərin 79%-i Rusiya prezidentinin investisiya mühitinə neqativ təsir etdiyini vurğulayıb.
Respondentlərin 41%-i neftin qiymətinin 2016-cı ilin sonuna qədər 75 dollar/barel həddini aşmayacağını, 60%- i isə Çin iqtisadiyyatının vəziyytinin pisləşəcəyini düşünür.
Sorğu iştirakçıları Avropa iqtisadiyyatı ilə bağlı müsbət fikirdə olduqlarını söyləyiblər. Belə ki, yanvar ayında 14% olan optimistlərin payı hazırda 40%-ə yüksəlib.
Ümumi dünya iqtisadiyyatının yaxşılaşacağını düşünənlərin payı yanvardakı 25%-dən 33%-ə yüksəlib.
Qeyd edək ki, "Bloomberg"in sorğusunu ABŞ-ın Ayova ştatında yerləşən "Selzer" şirkəti aparıb. Sorğuda "Bloomberg" terminalının 1 280 üzvü iştirak edib.