Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev “The Guardian” qəzetinin Azərbaycan
haqqında qərəzli məqaləsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, H. Hacıyev “The Guardian”ın
özünü sarı mətbuat səviyyəsində endirdiyini qeyd edib.
“The Guardian”ın məqaləsi saxta xəbər və dezinformasiyaya əsaslanan
böhtandan başqa bir şey deyil. Lyuk Hardinqin qeyri-düzgün hesabatı
media azadlığı və jurnalistika etikasının fundamental dəyərlərinə
zərbə və zərər vurur. “The Guardian” özünü sarı mətbuatın
səviyyəsinə endirdi”, - deyə PA rəsmisi Tvitter hesabında
yazıb.
Asif