Qış aylarında niyə infarkt halları artır? -

“Soyuq havalarda ürəyin enerjiyə olan tələbatı artdığı üçün ürək xəstəlikləri özünü büruzə verir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında təcrübəli həkim-kardioloq Üzeyir Rəhimov deyib. O, bildirib ki, qış aylarında infarkt halları artır. Çünki insanlar soyuq havalarda daha çox yemək yeyir, pəhrizi pozurlar. Bu zaman ürək xəstələrində təzyiq artır. Bu kimi hallar da infarktın artmasına səbəb olur.

Həkim qeyd edib ki, ürək xəstəliklərinin çox az hissəsində heç bir şikayət olmur, qəfləti ölüm baş verir. Ancaq əksər hallarda ürək xəstələrində infarkta yaxın mütləq şikayətlər olur.

“Təəssüf ki, bəzən insanlar ürək ağrısını mədə ağrısı ilə səhv salırlar, həkimə getmirlər. İnfarktın əsas əlaməti ağrıdır. Hərəkət edəndə, pilləkən çıxan zaman sinənin ortasında boğaza yayılan göynədici, yandırıcı ağrılar, qol, bilək, dirsək nahiyələrdə ağrılar, tərləmə və s. infarktın ilkin əlamətləri sayılır”.

İnfarkt keçirən adama ilk tibbi yardım necə edilməlidir?

Kardioloq deyib ki, təzə infarktdırsa, təcili yardım gələnə qədər aspirin çeynətmək lazımdır. Ağrıkəsici vurmaq olar. Xəstəxanada isə 6 saat ərzində infarkt olan, yəni tutulan damar açılmalıdır.

Həkim sonda infarkt olmamaq üçün bəzi məsləhətlər verib.

Ü.Rəhimov qeyd edib ki, ilk növbədə siqareti tərgitmək, artıq çəki varsa çəkini azaltmaq lazımdır. İdmanla məğul olmaq, çoxlu piyada gəzmək, yağlı yeməklərdən uzaq durmaq tövsiyə edilir.

Aysel Yaqubqızı / Metbuat.az

İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlim təşkil edilib - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR