“Report” xəbər verir ki, Pirojenko sportanalytic.com saytına açıqlamasında Ağdam təmsilçisinin Yunanıstanın PAOK klubunun formasını geyinən 31 yaşlı müdafiəçiyə təklif göndərmədiyini söyləyib. O, belə xəbərlərin sadəcə, söz-söhbət olduğunu vurğulayıb: "Onun PAOK-la 2021-ci ilədək müqaviləsi var".
Qeyd edək ki, “Qarabağ”ın Ukrayna millisinin üzvü olan Xaçeridi üçün PAOK-a təklif göndərməsi xəbərini Yunanıstan mətbuatı yazıb. Arxa xətt oyunçusunun satış dəyərinin 2,5 milyon avro olduğu biildirilir.