Elektrik enerjisi istehsalı artıb, yanacaq sərfiyyatına qənaət edilib

“Azərenerji” ASC-nin reabilitasiya üzrə Tədbirlər Planı öz bəhrəsini verir.

ASC-dən Metbuat.az-a verilən məlumata görə, iyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər müsbət nəticəsini verməkdədir. Belə ki, görülən işlərin nəticəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla gündəlik 5,5 milyon kilovat-saat çox elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5,5 milyon kilovat-saat artım olmasına baxmayaraq, keçən ilin eyni dövrünə nisbətən istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kilovat-saata görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal olunub.

“Azərenerji” bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini həyata keçirir və bundan sonra da davam etdirəcək.

Sabahdan 5 günlük bayram tətili başlayır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR