Gəncədə piyada vurulub

09:12 14 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Samux rayonu ərazisində piyadavurma hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qəza Gəncə İmamzadə yolunun Samux rayonu ərazisindən keçən hissəsində baş verib. "QAZ" markalı minik maşını yolu keçmək istəyən rayon sakini Vidadi Cəfərovu vurub. Zərərçəkmiş ətrafdakı insanların köməkliyi ilə əvvəlcə Samux Mərkəz Rayon Xəstəxanasına, daha sonra Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə gətirilib. Ağır dərəcəli sərxoş vəziyyətdə olan piyadaya tibbi yardım göstərildikdən sonra o, vəziyyəti ilə əlaqədar olaraq reanimasiya şöbəsinə köçürülüb. Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şahin Quliyev - həkim: "Xəstənin ilkin müayinəsi zamanı kəllə-beyin travması, alının və gicgah nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilib, yaralar ilkin işlənilib və reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti ağır olaraq qalır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR