Sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmaq

Rusiyanın Leninqrad vilayətinin Qanunverici məclisinin deputatı Vladimir Petrov sirk tamaşaçıları üçün yaş həddini 18-dək artırmağı təklif edib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, deputat müvafiq müraciəti mədəniyyət naziri Vladimir Medinskiyə göndərib.

V.Petrov bildirib ki, müasir dünyada heyvanlarla, xüsusilə də kütlə qarşısında nümayişlər zamanı insaflı davranmaq təbliğ olunur: "Artıq İspaniyada öküzlərin ölümü ilə başa çatan korrida döyüşlərindən tədricən imtina olunur".

O əlavə edib ki, Rusiyada təlimlər zamanı sirk heyvanlarına qarşı kobud hərəkətlər davam edir: "Bu, tamaşaçılara, xüsusilə uşaqların psixikasına mənfi təsir edə bilər. Buna görə də problemin həllində ilk addım yaş həddinin artırılması ola bilər".

Fransada fermada 30 mindən çox cücə yandı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR