Sarıqamış şəhidlərinə elegiya

Bu günlərdə "Rizə restaurant Bakı"da Sarıqamış Şəhidlərinin xatirəsinə həsr olunmuş "Şəhidlər daim yaşar" adlı klipin təqdimatı keçirilib.

Metbuat.az bildirir ki, tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, Ənvər Paşanın komandanlığı ilə Osmanlı Ordusu 1914-cü ilin dekabr ayında Rus Ordusunun nəzarətində olan Allahü-Əkbər dağına yürüş edib. 90 minlik Ordu sərt qış havasının çovğuna davam gətirməyərək döyüşə girməyə macal tapmadan donaraq həlak olmuşdu. Bu faciə sonrakı illərdə Türkiyə ədəbiyyatının və kinemotoqrafiyasının ən ağrılı mövzusu olub.

"Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş elegiya"nın bəstəkarı Farahim Sadiq Qulubəyov 2015-ci ildən faciəvi mövzu üzərində işləyərək bu il kompozisiyanı tamamlayıb. Elegiyanı Azərbaycanın xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Cahangir Qurbanov və müğənni Səbuhi Hüseynov ifa edib.

ŞAXTA KESMİŞ, KANI DONMUŞ

ASKERİMİ CENNET ALMIŞTIR KOYNUNA,

CİSMİ DONMUŞ ŞEHİTİMİN

RUHU YAŞAR KALBİMİZDE...

VATAN İÇİN ŞEHİT OLMAK NE DE BÜYÜK,

NE DE GÜZEL BİR KÜRURMUŞ.

SEN YAŞA Kİ, BİZLER ÖLEK,

YÜCE OLSUN BAYRAĞIMIZ,

SEN YAŞA Kİ, BİZ ÖLÜRSƏK,

BÖLÜNMESİN TOPRAĞIMIZ!


Elegiyada səslənən Leyla Mətinə məxsus bu mətn də Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunub və Fərahim Sadiq tərəfindən ifa edilib.

Klipin rejissoru Təbrizli Babək Poufard, assistent Salar Musaiddir.

Klipin təqdimatında Türkiyə Cumhuriyyətinin Bakıdakı Böyük elçisi Erkan Özoral və xanımı, TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat, T.C. General mayor Ali Demir, Türkiyə Cumhuriyyətinin Bakıdakı Böyük Elçiliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi, Türkiyə Cumhuriyyətinin Bakıdakı Böyük Elçiliyinin Eyitim müşaviri Mahmud Ağırman, Türkvizyon təmsilçisi İslam Bağırov, Psixoloq Vüsalə İbrahimova, Ehtiyatda Olan zabitlər Konfederasiyasının İdarə Heyətinin üzvləri - Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Vahid Quliyev, Azərbaycan Bayrağı Ordenli polkovnik Xətai Baxışov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, 20 Yanvar İctimai Birliyinin sədr müavini Mustafa Qaramanlı, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, həmçinin Müdafiə Nazirliyinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Tədbirin aparıcısı əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü polkovnik Abdulla Qurbani olub.

Nümayişdən sonra iştirakçılar kliplə bağlı fikirlərini bölüşüblər, yaradıcı heyətə Sarıqamış şəhidlərinin xatirəsini belə bir yaddaqalan və təsirli sənət əsəri ilə yad etdikləri üçün təşəkkür ediblər.

Tədbirdə həmçinin layihənin rəhbəri Fərahim Sadiq Qulubəyova Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Milli Ordu 100 medalı təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR