Çin astrologiyasına görə, oktyabrın son günlərində üç bürc üçün iş, pul və şəxsi münasibətlər sahəsində yeni imkanlar yaranacaq. Uzun müddətdir nəticə gözləyənlər üçün də gözlənilməz dəyişikliklər gündəmə gələcək.

Metbuat.az xəbər verir ki, oktyabrın sonundan etibarən Əjdaha, Siçan və Meymun illərində doğulanları daha əlverişli dövr gözləyir. Astroloji yozumlara görə, bu üç qrup üçün karyera, maliyyə və şəxsi münasibətlərdə yeni imkanların ortaya çıxması, yarımçıq qalan işlərin yenidən gündəmə gəlməsi mümkündür.

Qarşıya çıxan fürsətləri düzgün qiymətləndirmək və tələsik qərarlardan çəkinmək isə xüsusi əhəmiyyət daşıyır.

Əjdaha ilində doğulanlar üçün oktyabrın son günləri yeni başlanğıclar baxımından diqqətçəkən olacaə. Uzun müddətdir irəliləyiş əldə edə bilmədikləri işlərdə hərəkətlilik yarana, karyera və şəxsi layihələrlə bağlı yeni təkliflər gündəmə gələ bilər.

Çin astrologiyasında Əjdaha güc, cəsarət və qətiyyətin simvolu hesab olunur. Bu dövrdə təşəbbüskar davranmaq, yeni ideyalara açıq olmaq və əvvəllər nəticəsiz qaldığı düşünülən planları yenidən nəzərdən keçirmək faydalı olacaq.

Siçan ilində doğulanlar gozlənilməz xəbərlər alacaqlar. Onlar uçün oktyabrın son günlərində maliyyə, ünsiyyət və şəxsi münasibətlər sahəsində yeniliklər ön plana çıxacaq.

Çin astrologiyasında bu heyvan ili çeviklik, zəka və fürsətləri vaxtında dəyərləndirmək bacarığı ilə əlaqələndirilir. Astroloji şərhlərə görə, gözlənilməz iş təklifi, yarımçıq qalmış danışıqların bərpası və ya uzun müddətdir xəbər alınmayan şəxsdən gələn mesaj yeni imkanların yaranmasına səbəb olacaq.

Xüsusilə artıq nəticə verməyəcəyi düşünülən məsələlərin yenidən gündəmə gəlməsi diqqət çəkir. Kiçik görünən bir hadisə sonradan daha böyük dəyişikliklərin başlanğıcına çevriləcək.

Meymun ilində doğulanlar da şanslıdırlar. Onlar üçün qarşıdakı dövrdə ünsiyyət və sosial əlaqələr xüsusi əhəmiyyət kəsb edəcək. Gözlənilməz tanışlıq, təsadüfi söhbət və ya yeni əməkdaşlıq təklifi uzun müddətdir həllini gözləyən məsələyə fərqli yanaşma imkanı yaradacaq.

Çin astrologiyasında Meymun zəkası, yaradıcılığı və dəyişən şəraitə uyğunlaşmaq bacarığı ilə seçilir. Bu xüsusiyyətlərin yeni imkanlardan yararlanmağa kömək edə biləcəyi düşünülür.

İş həyatında yeni insanlarla tanış olmaq, fərqli fikirləri dinləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək ön plana çıxır. Bəzən gözlənilən fürsət heç planlaşdırılmayan bir anda ortaya çıxa bilər.

Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər ehtimalı vurğulanır. Subaylar üçün yeni tanışlıqlar, münasibətdə olanlar üçün isə ortaq planları müzakirə etmək və qarşılıqlı anlaşmanı gücləndirmək baxımından əlverişli şərait yaranacaq.