​Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İstanbul Böyükşəhər Bələdiyyəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığı müşaviri Hüseyin Eren, mədəniyyət idarəsi sədr müavini Ömer Birinci və İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teartları müdiri Sedat Çakır ilə Bələdiyyə binasında görüş keçirib.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədlərindən söz açan G.Əfəndiyeva yarandığı gündən etibarən türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə Fondun həyata keçirdiyi tədbirlər, layihələr və proqramlardan danışıb.

H.Erən, öz növbəsində, qısa zamanda Fond tərəfindən görülən işləri rəğbətlə qarşıladığını bildirərək, Fondun türkdilli xalqların zəngin mədəni irsinin mühafizəsi, beynəlxalq arenada tanıdılması istiqamətində həyata keçirdiyi layihələrin önəmini vurğulayıb. O, həmçinin bu kimi mühüm vəzifənin icra olunmasında Fond ilə Bələdiyyə arasında uğurlu qarşılıqlı əməkdaşlığa inandığını, İstanbul Böyükşəhər Bələdiyyəsinin Fonda tam dəstək verməyə her zaman hazır olduqlarını ifadə edib.

Görüş zamanı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihələindən biri olan türk dünyasının böyük yazıçısı və dramaturqu Hüseyn Cavidin “İblis” əsərinin İstanbulda səhnələşdirilməsi üçün artıq məşqlərə başlanıldığı qeyd edilib. Tamaşanın rejissoru Azərbayca Respublikasının əməkdar incəsənət xadimi Məlahət Abbasovadır. Eyni zamanda, əməkdaşlıq çərçivəsində türk dünyasının mədəni irsinin təbliği istiqamətində sempozium, konfrans, sərgilərin, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin konsertinin İstanbulda fərqli məkanlarda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR