Bakı. 11 yanvar. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC (BFB) bu ilin yanvar-dekabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 8838 mln. manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 5 317 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 4 461 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 4 605 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 951 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 541 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN 1 Paşa Kapital 8837708 920,54 2 Unicapital 5 317 371 608,69 3 AzFinance 4 460 813 782,08 4 İnvest-Az 4 604 529 137,83 5 Xalq Kapital 1 951 294 117,80 6 PSG Kapital 541 773 212,75 7 Kapital Menecment -
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.