"Report" xəbər verir ki, flaqman Türk Hava Yolları Futbol Mərkəzində məşqə çıxıb. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Paytaxt təmsilçisi bu müddətdə toplu və fiziki çalışmalara üstünlük verib. Komandanın 3 üzvü - Kvame Karikari, Dario Frederiko və Slavko Braliç məşqdə iştirak etməyib. Hər üç legioner axşam saatlarda Bakıya gələcək və sabah komandaya qoşulacaq.
Qeyd edək ki, "Neftçi” sabah Bakıdakı təlim-məşq toplanışını başa vuraraq ertəsi gün Türkiyəyə yollanacaq. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda burada 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) kollektivləri ilə üz-üzə gələcək.
Foto: Firi Salim














