Qorxunc ənənə!

Hindistanda yaşayan bir ata evdən qaçan 16 yaşlı qızını dostuna öldürtdürüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, sevgilisi ilə birlikdə evdən qaçan yeniyetmə üç gün sonra evə döndükdə atası yaxın dostuna təslim edərək onu evdən qovub. Daha sonra ata polisə müraciət edərək qızın itkin olduğunu bildirib. Polisin etdiyi araşdırma nəticəsində qızın cəsədinin başı qoparılmış, üzünə xlor tökülmüş və bədəninin digər hissələrinə bıçaq zərbəsi vurulmuş bir şəkildə tapılıb.

Qızın valideynləri cəsədin müəyyən olunması üçün polis mərkəzinə çağırıldıqda getməyiblər və ailənin digər üzvlərinin də getməsinə icazə verməyiblər. Bundan sonra polis ana və atadan şübhələnib.

Ailənin böyük qızı hadisəni polisə danışaraq atasının qızı yaxın qohumlarına öldürmək üçün təslim etdiyini bildirib.

Ölkə əhalisinin qəzəbinə səbəb olan hadisəyə qarşı ölkədə etiraz aksiyaları başlayıb.


https://metbuat.az/news/1108169/kimsesiz-ada-oteli...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR