Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.Qeyd edək ki, hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.Hadisə yerindən qaçan D.Abuzərov daha sonra saxlanılıb.Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib. Cinayət işində adıçəkilən şəxslər bir-birilərini təhqir ediblər. Onların söyüşlə müşayiət olunan mübahisəsi ölümlə nəticələnib.Məlumata görə, Yeni Suraxanı qəsəbəsində yaşayan D.Abuzərov 2006-cı ildə Salyan rayon sakini Qüdrət Malıyevi qətlə yetirib. O, 11 il müddətinə azadlıqdan məhrum edilib və 2017-ci ildə azadlığa çıxıb.Milli.Az