Bakı. Elçin Mehdiyev – Trend:

İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasını arzulayır.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib.

O bildirib ki, İran, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması və məcburi köçkünlərin, qaçqınların problemlərinin həll olunması, öz yurd-yuvalarına qayıtması məsəlsinin həll olunmasını istəyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin