Azərbaycanda 2 maskalı şəxs yanacaqdoldurma məntəqəsinə HÜCUM ETDİ

Azərbaycanda 2 maskalı şəxs yanacaqdoldurma məntəqəsinə HÜCUM ETDİ
14:47 19 Yanvar 2019
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Milli.Az DİN-ə istinadən xəbər verir ki, yanvarın 11-də saat 8 radələrində Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gələn 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdıqlarından qaçıb aradan çıxıblar.Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev olduqları müəyyən edilib. İstintaq və əməliyyat tədbirləri aparılır.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/722719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR